İqtisadiyyat

Azərbaycan əhalisi bu il kredit faizlərinə 200 mln. manata sərf edib

Metbuat.az

"Report"un

Dövlət Statistika Komitəsi

nə istinadən verdiyi xəbərə görə, cari ilin I rübündə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,3% artaraq 9,5 mlrd. manata çatıb. Statistikaya əsasən, onun hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat təşkil edərək 4,0% artıb.


Bu dövr ərzində gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 12,6%-i isə yığıma yönəldilib.


Əhalinin sərəncamda qalan gəlirləri 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,3% çox olub.


Qeyd edək ki, ötən ilin eyni dövründə əhali gəlirlərinin 2,2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bu da əhalinin gəlirlərində faizlərin ödnilməsinə sərf edilən vəsaitin xüsusi çəkisinin azalmasını göstərir. 


Xatırladak ki, ötən ilin birinci rübündə ölkə əhalisinin nominal gəlirləri 9,1 mlrd. manat, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat təşkil edib.