Ölkə

Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Təhsil İnstitutuna üzv qəbul olunub

Metbuat.az

Gəncə, 20 aprel,

AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Beynəlxalq Təhsil İnstitutuna üzv qəbul olunub.


Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov

AZƏRTAC

-a deyib ki, bu münasibətlə Birləşmiş Ştatlarda keçirilən təqdimat mərasimində universitetin nümayəndə heyəti də iştirak edib.


Beynəlxalq Təhsil İnstitutunun təşkilat rəhbəri Allan Goordman bildirib ki, 1919-cu ildə təsis olunan institut bir sıra uğurlu təhsil proqramları həyata keçirib. Bu proqramlarda iştirak edən məzunlardan 68 nəfəri Nobel mükafatına layiq görülüb.


Sonra A.Goordman təhsil institutuna üzvlüyə yeni qəbul olunmuş Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələrini təbrik edib, kollektivə beynəlxalq əlaqələrin genişləndirilməsində uğurlar arzulayıb.