İqtisadiyyat
AZƏRTAC
Azərbaycan dili “YouTube” videohostinqinə inteqrasiya olunub
Bakı, 16 aprel,
AZƏRTAC“Google” şirkətinin videohostinq servisinə Azərbaycan dili də daxil olmaqla 15 dil əlavə olunub. Dəyişikliklər hələ ki, yalnız dil və interfeyslə bağlıdır. İstənilən dili veb səhifənin sol kolontitulunda “Language” siyahısından seçmək mümkündür.
AZƏRTAC
xəbər verir ki, bütün internet istifadəçilərinin 95 faizini əhatə edən servis artıq 76 dildə fəaliyyət göstərir.
“YouTube” tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzrə işi davam etdirir.