İqtisadiyyat
Azərbaycan Beynəlxalq Bankının yeni sədri yayda məlum olacaq
"Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək". Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.
Onun sözlərinə əsasən, bankın İdarə Heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə Heyətinin yeni sədri seçiləcək".
ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".
Milli.Az
Milli.Az