İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının yeni sədri yayda məlum olacaq

Metbuat.az

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək".

ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".

Xəbər yenilənir

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az