Azərbaycan baş nazirinin müavini Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Baş nazirin müavini qeyd edib ki, onlardan nə isə yaxşı bir şey gözəmək cəfəngiyyatdır: "Mən Türkiyədən olan rəsmi şəxslərlə görüşlərdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmağa çalışmayın, buna heç cəhd də etməyin, çünki sizi qəbul etməyəcəklər. Bununla bağlı Roma Papasının çıxışınə gəlincə, deyə bilərəm ki, Azərbaycan ictimiayyəti tərəfindən bu, böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunub.
Ümumiyyətlə, Azərbaycan, nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməməlidir. Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Amma Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir".
Ə.Həsənov deyib ki, işğalçı Ermənistana təzyiq göstərilməsi məsələsinin bu gün iranlı nazirlə görüdə müzakirə olunub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaiqşəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək. Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim. Sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin".