İqtisadiyyat

Azərbaycan bankı "AzeriCard" prosessinq mərkəzinə qoşulub

Metbuat.az

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

“Caspian Development Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “AzeriCard” prosessinq mərkəzinə qoşulub. Bu barədə Trend “AzeriCard”-a istinadən məlumat verir.

Yanvarın 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank” ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib.

Bu lisenziyaya əsasən Bakı şəhərində yerləşən “Caspian Development Bank” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az