İqtisadiyyat

Azərbaycan Asiya İnfrastruktur və İnkişaf Bankının təsis toplantısında iştirak edəcək

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Asiya İnfrastruktur və İnkişaf Bankının (AİDB) təsis edilməsi ilə bağlı aprelin 26-27-də Çində keçiriləcək ilk toplantıda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri

Sam

ir Şərifov deyib.


Nazirin sözlərinə görə, ilkin anlaşma memorandumuna görə, yeni yaradılan Bankın mənzil-qərargahı Pekində yerləşəcək.


Martın 31-dək üzvlük üçün artıq Banka 57 ölkənin müraciət edib və onların təsisçi statusuna malik ola biləcəyi deyilir.


"Asiyanın infrastruk imkanları o qədər böyükdür ki, buna Bank kifayət deyil. Bankın kapitalına qoyacacağımız vəsait barədə danışmaq hələ tezdir. Adətən, səhmdar payında iştirak ölkələrin iqtisadi gücündən, ÜDM-dən asılı olaraq müəyyən edirlir. Bankın ilkin icazə səhmdar kapitalı 100 mlrd. dollar elan edilib. İlkin mərhələdə isə abunə yazılışı 50 mlrd. dollardır", - deyə nazir vurğulayıb.