İqtisadiyyat

Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü kimi təsdiqlənib

Metbuat.az

[ 15 Aprel 2015 15:10 ]


Azərbaycan nümayəndə heyəti aprelin 27-də Pekində təsis müzakirələrində iştirak edəcək

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan cari ilin martın 31-i AİİB-ə təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.