İqtisadiyyat
Azərbaycan 100-dək şəxsin ölkədən çıxmasını yasaqlayıb
Bakı. 8 aprel. REPORT.AZ/
Vergilər Nazirliyidövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinin bəzilərinin ölkədən çıxmasını məhdudlaşdırıb. Bu barədə "Reporta Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, bu ilin aprelin 1-nə qədər borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qurum bunu “İcra haqqında” qanunun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, yeni siyahıya 98 nəfərin adı daxil edilib. Bunların əksəriyyəti Azərbaycan vətəndaşları olsa da, onların arasında İran və Türkiyə vətəndaşları da var.