Ölkə

Aydın Mirzəzadə: "Artıq Ermənistan vətəndaşları özlərini Serj Sarqsyanın avanturist siyasətinə qurban vermək istəmirlər"

Metbuat.az

Onun fikrincə, Azərbaycan ərazi bütövlüyü problemini müharibə yolu ilə həll etmək iqtidarındadır: "Ermənistanın hakimiyyət nümayəndələri, həttda prezidentin özü belə Azərbaycanla müharibədən ehtiyatlandıqlarını dəfələrlə bildiriblər. Güclər bərabər deyil. Azərbaycanın hərbi potensialı kifayyət qədər böyükdür".


A.Mirzəzadə bildirib ki, son zamanlar cəbhə xəttində baş verən hadisələr rəsmi Yeravanın Qarabağ məsələsində heç də dinc yola üstünlük vermədiyini göstərir: "Ermənistanda hakimiyyətdə olan komanda ölkənin problemlərini həll edə bilmir. Erməni rəhbərliyi vətəndaşlar qarşısında simalarını tam itirməmək üçün yenidən

Dağlıq Qarabağ

kartından istifadə edirlər. Onların bu hərəkətləri cəbhə xəttində vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Bu gün sülh danışıqları ən prespektivli yoldur. Ancaq hərb yolu da istisna deyil. Azərbycan Ermənistana hərtərəfli təziqini davam etdirəcək. Bu vaxta qədər davam edəcək ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından öz qoşunlarını çıxartsınlar".