Maraqlı
Videonu izləmək üçün şəklə klikləyin.
Avtobusda dəhşət: qəflətən özü sürətləndi - VİDEO - FOTO
"Avtobus qəflətən sürət yığmağa başladı. Nə qədər çalışdım, cəhd göstərdim, sürəti azaltmaq istədim - alınmadı. Düşündüm ki, öləcəyəm".
Londonda məhkəməsi başa çatmış sərnişin avtobus sürücüsü, 60 yaşlı Məhəmməd Xaliq belə deyib.
Məhkəmə də istintaq materiallarını araşdıraraq sürücünün qəzada suçsuz olduğuna qərar verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məhkəmə prosesində londonluların şəhər meri Boris Consonun "şərəf"inə "Boris Bus" adlandırdıqları sərnişin avtobusunun törətdiyi qəza araşdırılıb.
Çelsi səmtində 360-cı marşrutla hərəkət edən avtobus şəhərin cənub-şərqindəki Bekslidə qəflətən sürətlənib və irəlidəki avtobusla toqquşub.
Qəzada 3 nəfər ciddi yaralanıb.
İstintaq göstərib ki, qəzanın səbəbi avtobusun idarəetmə kompüterinin sıradan çıxması və bunun nəticəsində nəqliyyat vasitəsinin sürətlənməsi olub.
Sürücü Məhəmməd Xaliq avtobusu saxlaya bilməzdi, çünki kompüter əyləc sistemini söndürmüşdü.
Nəticədə Çelsidəki Bric-Roudda ağır qəza yaşanıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.