Ölkə

Avropa Şurası Nazirlər Komitəsinin sədri azərbaycanlı  deputatın sualına cavab verməkdə çətinlik çəkdi

Metbuat.az

Strasburq, 22 aprel,

AZƏRTAC

AŞPA-nın yaz sessiyasının üçüncü günündə hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Belçikanın xarici işlər naziri Didye Reynders çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətinə dair Assambleya üzvləri qarşısında hesabat verib. AŞPA-nın prosedur qaydalarına görə çıxışdan sonra avropalı deputatlar sədrə suallarla müraciət ediblər.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev D. Reyndersə sualla müraciət edərək deyib: Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub və hüquqları pozulub. Onlar öz bölgələrində bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Bəs onların bu Konstitusiya hüquqlarının pozulmasına kim cavabdeh olmalıdır? Digər tərəfdən, Dağlıq Qarabağda girovluqda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilmələri üçün biz nə edə bilərik?


Suladan tamamilə yaınan sədr deputata cavabında deyib: Münaqişənin getdiyi bütün sərhəd boyu baş verən hadisələr bizi olduqca narahat edir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun və eyni zamanda, Avropa Şurasının vəsitəçiliyi ilə problem mütləq siyasi yolla həll olunmalıdır.


D.Reynders yaxın vaxtlarda azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə tanış olacağını bildirib.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq