Dünya

Avropa İttifaqı Şurasının yeni baş katibi təyin edilib

Metbuat.az


Bakı, 21 aprel,

AZƏRTAC

Aprelin 21-də Jeppe Taranholm-Mikelsen Avropa İttifaqı Şurasının Baş katibi vəzifəsinə təyin edilib.


AZƏRTAC

Avropa İttifaqı Şurasının yaydığı məlumata istinadla xəbər verir ki, yeni baş katib 2015-ci il iyulun 1-dən 2020-ci il iyunun 30-a qədər bu vəzifəni icra edəcək. O bu vəzifədə səlahiyyət müddəti bu il iyunun 30-da başa çatan Uve Korsepyusu əvəzləyəcək.


Qeyd edək ki, Jeppe Taranholm-Mikelsen Danimarkanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində çalışır.