İqtisadiyyat
Avro almaq istəyənlərə müjdə
Azərbaycan, Bakı, 21 aprel /Trend/
Aprelin 20-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aprelin 21-nə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0506 (aprelin 20-i 1.0502) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1269 (1.1333) manat olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az