Dünya
Anspress
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
Aviaqəza keçirən məşhur aktyor evə buraxıldı - VİDEO
Harrison Ford özünün idarə etdiyi təyyarə ilə qəzaya düşmüşdü
Ötən ayın əvvəli aviaqəza keçirən Amerika Birləşmiş Ştatlarının məşhur aktyorunun səhhəti ilə bağlı yeni açıqlama yayılıb.
Anspress
-in məlumatına görə, ötən ayın 6-da Los-Ancelesdə təyyarə qəzasına düşən tanınmış Hollivud aktyoru Harrison Ford müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
İndiana Cons obrazının mahir ifaçılarından biri olan aktyor özünün idarə etdiyi tək mühərrikli təyyarə ilə Santa-Monika hava limanı yaxınlığındakı qolf meydançasına çırpılmışdı.
“People” jurnalı üç həftə xəstəxanada yatırılan 72 yaşlı aktyorun qəzadan sonra vəziyyətinin yaxşı olduğunu, hətta avtomobili ilə şəhər küçələrində bir neçə dəfə göründüyünü yazıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.