“AtaBank” Visa payWave kontaktsız ödənişləri dəstəkləyən yeni POS-terminallar quraşdırıb
Bakı, 22 aprel,
AZƏRTAC“AtaBank” ASC bankın partnyor şəbəkəsində Visa payWave kontaktsız ödənişləri dəstəkləyən yeni POS-terminallar quraşdırıb.
132 ticarət obyektində quraşdırılmış yeni avadanlıq sahəsində müştərilər ödənişlərini həm maqnit zolağlı və ya çipli kartlarla həm də Visa payWave kontaktsız kartları ilə ödəyə biləcəklər.
Bu barədə “AtaBank” ASC-nin icraçı direktoru Elnur Osmanov
AZƏRTAC-a bildirib.
Qeyd edək ki, Visa payWave kontaktsız texnologiyası ən dinamik inkişaf edən ödəniş texnologiyalarından biridir. Visa payWave texnologiyası bütün kontaktsız terminal quraşdırılmış ticarət obyektlərində ödənişləri dərhal həyata keçirməyə imkan yaradır. “AtaBank” ASC 2004 ildən “Visa” beynəlxalq ödəniş sisteminin assosiativ üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinin sahibi olan “AtaBank” tədricən bütün terminallarında kontaktsız ödəniş funksiyasını tətbiq etməyə başlayır. Bankın emissiya etdiyi kartların sayı 26 minə yaxındır. Bankın bankomatlarının sayı 80, POS-terminalların sayı isə 18 mindən çoxdur.
“AtaBank” ASC-nin ödəniş məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.