Ölkə

Astronomlar yadplanetlilərin ola biləcəyi 50 qalaktikanı aşkarlayıblar

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Astronom alimlər Yerdənkənar sivilizasiyaların öyrənilməsi gedişində yadplanetlilərin potensial yaşayış yeri ola biləcək qalaktikaların müəyyənləşdirilməsi istiqamətində tədqiqatları davam etdirirlər.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika alimləri Friman Daysonun fikrinin ardınca gedərək infraqırmızı şüalanmanın köməyi ilə yadplanetlilərin yaşayışı üçün əlverişli olduğu güman edilən 50 qalaktika aşkarlayıblar.


Alimlər WISE teleskopunun köməyi ilə bu günədək məlum olan 100 qalaktikanı öyrəniblər. Onlardan 50-si şüa-siqnal verib ki, bu da mütəxəssislərdə həmin zonalarda yadplanetlilərin varlığına ümidlər oyadıb.


Astronomlar əldə olunan nəticələrlə kifayətlənmək fikrində deyillər və alınmış məlumatların hərtərəfli öyrənilməsini davam etdirəcəklər.