Ölkə

Astara rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 22-dən etibarən Astara rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Astara rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq, arıçılıq, çayçılıq və intensiv bağçılıq təsərrüfatlarının, corab istehsalı və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.


Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyəri dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:

info@anfes.gov.az

.