İqtisadiyyat
ARPA üzvlərinin 5-ci ümumi yığıncağı keçiriləcək
Bakı, 9 aprel,
AZƏRTACAzərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) aprelin 17-də qurum üzvlərinin 5-ci ümumi yığıncağını keçirəcək.
ARPA-dan
AZƏRTAC-a bildiriblər ki, qurum yığıncaqda ötən illə bağlı illik hesabatını və cari il üçün nəzərdə tutduğu “Mühasiblər və Risk Peşəkarları” üçün yeni strategiyasını ictimaiyyətə təqdim edəcək.
Tədbir çərçivəsində “Mühasiblərin Peşəkar Milli Sertifikatlaşdırma Proqramı” adlı elmi-metodiki sertifikasiya proqramının və “Bank işi və banklarda risklərin idarə olunmasının əsasları” kitabının təqdimatı da keçiriləcək.