Ölkə

Arif Hacılı: “Milli Məclisə Müsavatdan namizədliyini irəli sürən şəxslər partiya qarşısında öhdəlik götürməlidirlər”

Metbuat.az

Müsavat başqanı parlament seçkilərində partiya üzvlərinin namizədlik məsələsinə də toxunub: “Müsavat Partiyasının deputatlığa namizədini Məclis təsdiq etməlidir. Kimsə namizədliyini irəli sürürsə, bununla bağlı partiya rəhbərliyini məlumatlandırmalıdır. Həmçinin, namizədliyini irəli sürən şəxs partiya qarşısında öhdəlik götürməlidir”.


A.Hacılı Müsavat Partiyasını anti-demokratik idarəçilikdə ittiham edənlərin arqumentlərini “əsassız” adlandırıb: “Müsavat Partiyası demokratik prinsiplərlə idarə olunur. Müsavatda guya demokratiyanın olmaması, avtoritar üsullarla idarə olunması ilə bağlı cəmiyyətə fikirlər ötürülür. Həmçinin, demokratik idarəçiliyin fəsadlarını qabartmağa çalışırlar. Partiya üzvləri bunu nəzərə almalıdır. Düzdür, demokratik idarəçilikdə müəyyən fəsadlar olur, bunun fəsadlarını səbrlə aradan qaldırmaq lazımdır. Təbii ki, yalanlar, böhtanlar da olacaq, biz bunu Nizamnamə ilə həll edəcəyik”.