İqtisadiyyat

Aprelin 14-də Bakının bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Metbuat.az


Bakı, 13 aprel,

AZƏRTAC

Aprelin 14-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Bakının Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin təbii qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.


Bu barədə

AZƏRTAC

-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.