Dünya

Aniterror əməliyyatında 5 gənc həbs olunub

Metbuat.az

Avstraliya polisi Birinci Dünya Müharibəsinə həsr olunan tədbir vaxtı həyata keçiriləcək hücumun qarşısının alındığını bildirir.

Milli.Az BBC-yə istinadən bildirir ki, hüquq-mühafizəçilərinə əsasən aparılan polis reydlərində 18-19 yaşlar arasında olan 5 şübhəli həbs edilib.
Əməliyyatda təqribən 200 polisin iştirak etdiyi bildirilir.
 
Qrup üzvləri Birinci Dünya Müharibəsilə əlaqədar “Anzac günü”ndə Melburndakı hərbi abidə yaxınlığında polis və ziyarətçilərə basqın etməyi planlaşdırıblar, polis açıqlamasında deyilir.
 
“Anzac günü” 1915-ci ildə tərkibində Avstraliya qoşunları olan Antanta qüvvələrinin Türkiyənin qərbinə çıxarılması ilə bağlıdır və hər il aprelin 25-də qeyd olunur.
 
Milli.Az