Dünya

Aleksis Tsipras: Moskaya səfərin məqsədi Rusiya ilə münasibətlərə yeni start verməkdir

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Yunanıstanın Baş naziri Aleksis Tsipras prezident Vladimir Putinlə danışıqlarının nəticələrinə dair bəyanatında Moskvaya səfərinin Rusiya ilə münasibətlərə yeni start vermək məqsədi daşıdığını bildirib.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, tərəflər iqtisadi-ticari və investisiya, həmçinin mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bu barədə iki dövlətin liderləri keçirdikləri mətbuat konfransında məlumat veriblər.


Baş nazirin Moskvaya kreditorlara növbəti tranşın ödənilməsi ərəfəsində səfər etdiyi barədə qeydlərə cavabında V.Putin deyib ki, Yunanıstan Rusiyaya maliyyə yardımı ilə bağlı müraciət etməyib. O əlavə edib ki, Rusiya müəssisələri Yunanıstanın dəmir lolları və Saloniki limanı kimi infrastruktur obyektlərinə investisiya yatırmaqda maraqlıdırlar.


Tərəflər, həmçinin 2015-2016-cı illərdə fəaliyyət planı imzalayıblar.


Yunanıstanın Baş naziri Balkanlara və Mərkəzi Avropaya qaz nəqlini nəzərdə tutan Rusiya-Türkiyə birgə layihəsi olan “Türkiyə axını”nda iştirakda maraqlı olduğunu ifadə edib.