Ölkə

“Akare İnternational Education Fairs” şirkətinin Bakıda növbəti təhsil sərgisi

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Aprelin 18-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə növbəti təhsil sərgisi açılacaq.


AZƏRTAC

xəbər verir ki, tədbirdə Türkiyə, Şimali Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, ABŞ, İngiltərə, İsveç, Rumıniya və bir sıra digər ölkələrin universitetləri iştirak edəcək.


Tədbirdə iştirakçılara xaricdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar barədə ətraflı məlumat veriləcək.


Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində təhsil proqramları, tələbələr üçün nəzərdə tutulan güzəştlər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində seminarların keçirilməsi də planlaşdırılır.


Tədbirdə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı gözlənilir.


İki gün davam edəcək sərgiyə qatılmaq istəyənlər http://www.akare.com.tr/online_davetiye.php ünvanı vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.