Maraqlı

“Airbus 380” təyyarəsinin yeni “ekonom-klass” salonu nümayiş olunub

Metbuat.az

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-da artıq bir çox sərnişinlər təyyarə bileti alarkən “ekonom-klass” salonunda uçmaq istəmirlər. Buna səbəb “ekonom-klass” salonunda oturacaqların narahat olmasıdır.


"Report"un AZƏRTAC-aistinadən verdiyi xəbərəəsasən, sərnişinlərin narahatlığı ABŞ-ın

Nəqliyyat Nazirliyi

ni bu barədə düşünməyə vadar edib.


“Airbus” şirkəti “Aircraft Interiors Expo 2015” sərgisində “ekonom-klass” salonu üçün yeni konfiqurasiyalı “Airbus 380” laynerini nümayiş etdirib. Yeni salonlarda cərgədəki oturacaqların sayının on deyil, on bir olmasına baxmayaraq onlar daha geniş və rahat olacaq.


Yeni konfiqurasiyalı təyyarələr 2017-ci ildən satışa çıxarılacaq.