İqtisadiyyat
AZƏRTAC
AİB 2015-2017-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes-planı təsdiq edib
Bakı, 10 aprel,
AZƏRTACAsiya İnkişaf Bankı (AİB) 2015-2017-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes-planı təsdiq edib.
AZƏRTAC
AİB-in saytına istinadən xəbər verir ki, Azərbaycan bankdan göstərilən müddətdə vəsaitləri yalnız adi kapital resursları qismində əldə edəcək. 2015-2017-ci illərdə suveren əməliyyatların maliyyələşdirilməsində istifadə edilə biləcək ilkin resurslar 586 milyon dollar, təqdim edilən kreditləşmə proqramı isə 715 milyon dollar olacaq. AİB-in vəsaitləri su, nəqliyyat və enerji layihələrinə istiqamətlənəcək.