İqtisadiyyat

Aİ Türkiyəyə TANAP-la bağlı dəstəyini gücləndirəcək

Metbuat.az

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Avropa İttifaqı (Aİ) Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması məsələsində Türkiyəyə dəstəyini gücləndirəcək. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyə energetika sahəsində Aİ-nin tərəfdaşıdır, TANAP isə üçün vacib layihədir.

“Türk axını”ndan danışarkən isə M.Şevçoviç vurğulayıb ki, bu layihə Aİ qanunvericiliyinə uyğun olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az