“AGBank” MasterCard plastik kartı vasitəsi ilə alış-veriş edər müştərilərinə Nyu-Yorka səyahət şansı verir
Bakı, 16 aprel,
AZƏRTAC“AGBank” internet və ya ticarət obyektlərində MasterCard plastik kartı vasitəsi ilə alış-veriş edər müştərilərinə Nyu-York şəhərinə səyahət etmək şansı verir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, səyahəti uda bilməyən kart sahibləri üçün MasterCard tərəfindən keçirilən həvəsləndirici lotereyada səyahət ilə bərabər 8 mobil telefon (iPhone 6), 20 ədəd hər biri 100 AZN məbləğində hədiyyə sertifikatı, bir ədəd səyahət paketi oynanılır. Qeyd edək ki, hədiyyə sertifikatı yalnız partnyorların şəbəkə daxili mağazalarında istifadə oluna bilər. Hər Səyahət paketinə 2 nəfərlik 4 gecəlik dörd ulduzlu otel qonaqlaması və hava limanı-şəhər-hava limanı transfer xərcləri daxil olmaqla 2 nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin alış-veriş üçün 1000 manat vəsait qalibin plastik kartına köçürüləcəkdir.
Lotereya iyulun 3-dək davam edəcək.
Onu da qeyd edək ki, lotereyada iştirak edən müştərilər alış-verişi MasterCard-ın “Qiymətsiz Üstünlüklər” adlı partnyorlar siyahısına daxil olan ticarət obyektlərindən edə bilər. Qeyd olunan siyahıya “MyBrands”, “Ideal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Pitstop”, “Gunaydın”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Skandinaviya Evi”, “Medistyle”, “Buta Sığorta”, “Kilim Mebel”, “Puma”, “Nike”, “Garege Iskender”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Café”, “Planetarium”, “Scallezioni”, “Jasmin Wedding”, “Pəncərə”, “Mado Japan”, “Finestra”, “Sherlock beach”, “LTB” kimi obyektlər daxildir.
Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı “qiymetsizustunlukler.az” saytından əldə etmək olar.