İqtisadiyyat

“AccessBank” yerli elektron ödəniş xidmətinə qoşulub

Metbuat.az

Bakı, 7 aprel,

AZƏRTAC

“E-pul” elektron ödəniş sistemində xidmət olunan bankların siyahısına daha bir bank əlavə edilib.


“AccessBank”dan

AZƏRTAC

-a bildiriblər ki, artıq istifadəçilər

“www.e-pul.az ”

 saytında “AccessBank”a aid olan hesablara da ödəniş edə bilərlər.


Qeyd edək ki, “E-pul” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.