Dünya
ABŞ və Kubanın XİN başçıları görüşüb
Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Br
unoRodrigers arasında Amerika sammiti çərçivəsində keçirilən görüş başa çatıb.
"Report" xəbər verir ki, diplomatların görüşünə dair fotolar ABŞ Dövlət Departamentinin Twitter səhifəsində yayılıb.
Görüşün detalları haqda məlumat verilməyib.
Məlumata görə, sammitdə ABŞ prezidenti Barak Obama ilə Kubanın lideri Raul Kastro arasında da təmasın olacağı ehtimalı var.
Xatırladaq ki, bu, son 50 ildə iki dövlətin yüksək səviyyəli diplomatları arasında keçirilən ilk görüşdür.