Dünya

ABŞ tarixində ilk qadın prezident?

Metbuat.az

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun sabah 2016-cı il prezident seçkisində iştirak edəcəyini açıqlayacağı gözlənilir.



ANS PRESS-in məlumatına görə, sabiq dövlət katibi bu barədə video müraciətində bildirəcək. Video müraciət sosial şəbəkələrdə yayımlanacaq.



2008-ci ildə Hillari Klinton Demokrat Partiyasından prezidentliyə namizədlikdə Barak Obamanın əsas rəqibi olub.



Hazırda partiyada əsas namizəd kimi sabiq dövlət katibinin reytinqi yüksəkdir.



Floridanın keçmiş qubernatoru Ceb Buş da 2016-cı il seçkilərinə qatılmaq niyyətindədir. O, ölkənin 41-ci prezidenti Corc Buşun oğlu, 43-cü prezidenti kiçik Corc Buşun qardaşıdır.

Mənbə
ANS PRESS