Ölkə

ABŞ səfiri: "Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasıdna öz töhfəsini verir"

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycan dünyada kibertəhlükəsizliyin təmin olunmasında öz töhfəsini verir". "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən "İnformasiya əsrində milli təhlükəsizlik" konfransında bildirib. 


"Bu gün Azərbaycan kommunikasiya və informasiya texnologiyalarının regional mərkəzinə çevrilir və ABŞ ölkənin bu istiqamətdəki fəaliyyətini dəstəkləyir", - səfir qeyd edib. R.Sekuta ölkələrin informasiya və kibertəhlüksizliyinin təmin olunması üçün əlaqələrin 


gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.