İqtisadiyyat

ABŞ nefti üçün şok proqnoz

Metbuat.az

May ayında ABŞ-da şist neftinin istehsalı azalacaq.



ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyinin tərkibində müstəqil agentlik – Energetika İnformasiya Administrasiyasının iqtisadçıları bildirirlər. Mütəxəssislər "qara qızıl"ın istehsalnın son iki il ərzində ilk dəfə azalacağını proqnozlaşdırırlar.



Bir çox beynəlxalq analitik şirkət də bu prosesin baş verəcəyini güman edir. ABŞ neft sənayesi üçün pessimist proqnozlar səslənir. Neftin qiymətinin ucuzlaşması artıq qazma işlərinin dayanmasına və minlərlə iş yerinin bağlanmasına gətirib çıxarıb.



Amerikada anlayırlar ki, "şist bumu"nun sonu qaçılmazdır. Məsələ ondan ibarətdir ki, şist neftinin istehsalı qısa vaxt kəsiyində azalacaq. Texasın qərbində və Nyu-Meksikada yerləşmiş Amerikanın ən böyük şist yatağı olan "Permiane"də istehsal arta bilər. May ayında "Permiane"də "qara qızıl"ın istehsalı gündəlik 2 milyon barelə yaxınlaşa bilər.



Ancaq bu əhəmiyyətsiz artım ümumi neft yataqlarındakı mənfi göstəricilərin qarşısını ala bilməyəcək. ABŞ-ın digər neft yataqlarında gündəlik istehsal 1,69 milyon barreldən 33 min barrelə qədər azala bilər.

Mənbə
ANS PRESS