Dünya
ANS PRESS
ABŞ dolları kəskin bahalaşdırdı
Türkiyədə dollar yenidən kəskin bahalaşmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın iyun ayında faizləri artırmaq istəyi dolların dəyərinin artımına gətirib çıxarır. Belə ki, həftənin ikinci günündə 1 dollar 2.6707 lirəlik rekord səviyyəyə yüksəlib.
Dünya birjalarında bahalaşan dollar 13 mart tarixindən bu yana (2.6488 lirə) ən yüksək göstəriciyə çatıb.
Dollar yeni rekord səviyyəsinə çıxdıqdan sonra 2.6680 - 2.6690 lirə arasında hərəkət etməyə başlayıb, avro isə 2.82 lirəyə çatıb.
ABŞ Mərkəz Bankının (Fed) faiz artımını yüksəltmək istəyi dolların dəyər qazanmasının əsas səbəbi olaraq göstərilir.
MənbəANS PRESS