Dünya

​ABŞ-da təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Amerikanın Florida ştatının Fort-Loderdeyl şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.


"Report" CNN-ə istinadən xəbər verir ki, təyyarə şəhər aeroportu yaxınlığındakı təbii qoruğun ərazisinə düşüb.


İkimühərrikli təyyarənin kabinəsində dörd nəfər olub və onların hamısı ölüb.


Hazırda qəzanın səbəblərini araşdırılır.