Dünya

ABŞ-da Obama təhlükəsi

Metbuat.az

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni internet sorğusu təəccüblü nəticə doğurub.



ANS PRESS-in məlumatına görə, “Reuters/Ipsos”un keçirdiyi internet sorğusunda üç minə yaxın ABŞ vətəndaşı iştirak edib.



Sorğuda ABŞ üçün təhülükə yarada biləcək ölkələrin, təşkilatların və ölkə liderlərinin adları göstərilib. Onlardan ən çox seçilən isə elə ABŞ preidenti barak Obama olub. Ölkə vətəndaşları prezidentin özünü böyük təhlükə kimi görüblər.



Anket nəticələrinə əsasən respublikaçıların 34%-i Obamanı Ukraynadakı gərginliklərdə ittiham olunan Putindən (25%), öz ölkə vətəndaşlarına qarşı öldürücü silahlarla hücum tətbiq eməkdə günahlandırılan Bəşər Əsəddən (23%) təhlükəli görüblər.

Mənbə
ANS PRESS