İqtisadiyyat
ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırıb
Azərbaycan, Bakı, 19 aprel /Trend/
Ötən il ABŞ Azərbaycandan 484 min barel neft məhsulları idxal edib.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, 2013-cü ildə bu göstərici 366 min barel, 2012-ci ildə isə 46 min barel olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az