İqtisadiyyat

81 sığorta agentinin fəaliyyəti dayandırılıb

Metbuat.az

2014-cü ilin sonundan etibarən Azərbaycanda 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 81 agentin lisenziya fəaliyyəti müvəqqəti dayandırılıb.

Trend

-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini

Müşviq İsrafilov

III Milli Sığorta Agentləri Forumunda deyib.



Onun sözlərinə görə, 2014-cü il dekabrın 8-dən bu günədək 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 10 sığorta agenti fəaliyyətinin dayandırılması ilə bağlı özü müraciət edib, 81-nin isə lisenziyası 6 ay müddətinə dayandırılıb".



M.İsrafilov qeyd edib ki, Azərbaycanda 900-dən çox sığorta agenti qeydiyyata alınsa da, onlardan çoxu faktiki olaraq fəaliyyət göstərmir və ya fəaliyyətlətini artıq dayandırıblar: "Bununla belə, onlar Dövlət Sığorta Nəzarəti Xidmətinə fəaliyyətlərini dayandırmaq haqqında ərizə təqdim etməyiblər".



O əlavə edib ki, sığorta agentləri hər rüb fəaliyyətləri ilə bağlı hesabat təqdim etməldirlər: "Lakin təəssüf ki, hamı belə etmir. Hazırda təqribən 800 sığorta agenti 2014-cü ilin III və IV rübün yekunları üzrə hesabat təqdim ediblər, ancaq 100-dən çoxu hələ də bunu etməyib".



Milli.Az