Dünya

5G texnologiyası ilk dəfə XXIII Qış Olimpiya oyunlarında sınaqdan keçiriləcək

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Mobil rabitədə 5G texnologiyası ilk dəfə 2018-ci ildə XXIII Qış Olimpiya oyunlarında sınaqdan keçiriləcək.


AZƏRTAC

Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 4G texnologiyasından ən azı 20 qat daha yüksək sürət təmin etməsi gözlənilən 5G texnologiyası bütün dünyada 2020-ci ildən tam istifadəyə veriləcək. Saniyədə 640 meqabayt həcmdə məlumat göndərə biləcək 5G texnologiyası vasitəsilə sürücüsüz nəqliyyat vasitələri daha rahat və etibarlı şəkildə yollarda hərəkət edə biləcəklər.