50 il sonra bir araya gəldilər (FOTO)
Panamada tam gücü ilə davam edən Amerika Sammitində Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obama ikitərəfli görüş keçiriblər.
ANS PRESS-in məlumatına görə, görüş sammitin keçirildiyi sarayın kiçik otağında baş tutub. Görüşdə ABŞ prezidenti kubalı jəmkarına konstriktiv mövqeyinə görə təşəkkürünü bildirib. Bu barədə AFP xəbər yayıb.
Xəbərdə bildirilir ki, Kubanın ABŞ barədə şikayətlərinin tarixi barədə uzun-uzadı danışdıqdan sonra Kastro ABŞ liderindən üzr istəyib və onu dürüst adam adlandırıb.
Bu, üz-üzə danışıqlar ABŞ və Kuba liderləri arasında 1956-cı ildən bəri ilk görüş olub. Görüş dekabr ayında prezidentlərin iki dövlət arasında əlaqələrin normallaşdırılmasını bəyan etməsindən sonraya təsadüf edir.
Xatırladaq ki, hər iki ölkənin münasibətləri Fidel Kastronun 1959-cu ildə inqilab yolu ilə hakimiyyətə gəlməsindən qısa müddət sonra pozulmuşdu. Sözügedən gərginlik ABŞ-ın Kubaya 1960-cı ildən bəri ticarət embarqosu tətbiq etməsinə və 1961-ci ildən Vaşinqtonla Havana arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb olmuşdu. Ötən ilin dekabr ayında ABŞ-la Kuba diplomatik münasibətləri normallaşdırmaq üçün danışıqlara başlamaq qərarı alıb.
ANS PRESS