Maraqlı
Videonu izləmək üçün şəklə klikləyin.
32 il sonra: dünya kinosunun fenomeni qayıdır - VİDEO - FOTO
"Ailəmizin hamısında Qüvvə işarətləri var. Qüvvə atamda da var. Qüvvə məndədir. Və bacımdadır. Sənin də vücudunda Qüvvə axır".
Han Solo belə deyir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, dünya kinosunun ən məşhur kinosaqası sayılan "Star Wars"ın (Ulduz savaşları") yeni, 7-ci hissəsi olan "Star Wars: The Force Awakens" ("Ulduz savaşları: Qüvvənin oyanışı) lentinin 2-ci tizer videosu yayılıb.
Saqanın əvvəlki lentlərindəki obrazlar - Han Solo, Çui, R2-D2 robotu da bu filmdədir. Yeni lentdə Dart Veyderin dağılmış maskası da simvol rolunu oynayır.
Filmin rejissoru Cey Cey Abramsdır.
Harrison Fordun canlandırdığı "Han Solo" obrazı filmin tizerində Çuiyə deyir: "Çui, evdəyik!"
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.