Dünya

3 nəfər Hindistanın şimalında baş verən partlayışın qurbanı olub

Metbuat.az

Bakı. 4 aprel. REPORT.AZ/  Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında nəzarət xətti keçən ərazidə partlayış nəticəsində ən azı 3 nəfər ölüb və 1 nəfər ciddi xəsarət alıb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 


Ştat polisinin məlumatına görə, partlayıcı qurğu Racuori vilayətində Saryam kəndinin yaxınlığında işə salınıb. Partlayıcı qurğunun idarə olunduğu güman edilir.


Bütün ölənlər və yaralananlar meşəyə odun hazırlamağa gedən yerli sakinlərdir. 


Hadisə yeri nəzarət altına alınıb, təhqiqat aparılır.