Dünya
ANS PRESS
2070-ci ildə müsəlmanların sayı bu qədər olacaq
2070-ci ildə dünyada müsəlman və xristianların sayı bərabər olacaq
ANS PRESS-in məlumatına görə, bu proqnoz ABŞ-ın "Pew" tədqiqat mərkəzinin məruzəsində qeyd olunub.
Məruzədə bildirilir ki, 2100-cü ildə müsəlmanlar dünya əhalisinin əksəriyyətini təşkil edəcək.
Bildirilir ki, hazırda dünyada xristianların sayı müsəlmanlardan çoxdur. Mərkəzin proqnozuna əsasən, 2050-ci ildə xristianların sayı 35% artacaq və 2,92 milyard insan olacaq.
O vaxtadək planetin müsəlman əhalisi 73% artacaq, İslam dininin tərəfdarlarının sayı 2050-ci ildə 2,76 milyard olacaq. Həmin il müsəlmanlar Avropanın 10% əhalisini təşkil edəcək.
Ateistlərin sayı isə 35 il sonra azalacaq. Hərçənd ateistlərin sayı ABŞ, Fransa və bəzi ölkələrdə qismən çoxalacaq.
MənbəANS PRESS