İqtisadiyyat

2015-ci ilin birinci rübü ərzində avtomobil yolları sektorunda iri həcmli layihələrin icrası davam etdirilib

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, avtomobil yolları üzərində 3 körpü tikilib. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunub, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilib.


AZƏRTAC

xəbər verir ki, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədov aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı səsləndirib.


Ziya Məmmədov nəqliyyat-yol kompleksində hüquqi bazanın təkmilləşdirilməsindən, elektron xidmət sahəsində yeniliklərdən də danışıb.