Texnologiya

2015-ci ildə “Facebook” aparıcı videoreklam platforması kimi “YouTube”u ötəcək

Metbuat.az

“Mixpo” şirkətinin tədqiqatına əsasən, 2015-ci ildə “Facebook” sosial şəbəkəsi “YouTube” videohostinqini qabaqlayaraq aparıcı videoreklam platforması olacaq.


 


"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, marketoloqların 87 faizi reklam videokampaniyasını “Facebook”da, 81,5 faizi “YouTube”da keçirməyi planlaşdırır.


 


2015-ci ilin yanvarında “Socialbakers” analitik şirkətinin məlumatına görə, brendlərin əksəriyyəti videonu birbaşa “Facebook” sosial şəbəkəsinə yükləyiblər.


 
Emil Hüseynov