20 il gizlədilən olay: Bir dəli 150 adamın həyatı ilə necə oynadı - VİDEO
Rusiyanın NTV telekanalının "Mərkəzi televiziya" verilişində uzun illər ictimaiyyətdən gizlədilən hadisə barədə reportaj göstərilib. Jurnalistlər aşkar ediblər ki, 1994-cü ildə Rusiyaya məxsus təyyarədə 150-dək sərnişin az qala havalanmış mühəndisin güdazına gedəcəkmiş.
Milli.Az Day.Az
-a istinadən bildirir ki, martın sonunda fransız Alplarında baş verən qəzanı əvvəl mistik saydılar. Sonra onun sadə və qorxunc səbəbi bütün ehtimalları yerlə-yeksan elədi: Germanwings təyyarəsinin ikinci pilotu Andreas Lübits A320 sərnişin təyyarəsini qəsdən sürətlə Alp dağlarına çırpıb.
Bir gün öncə fransız aviaekspertlər ikinci "qara qutu"nu açdılar və hər şey təsdiqləndi: Lubits soyuqqanlı cani idi və mütəxəssislərin araşdırmalarına görə, bu kütləvi qətlə xüsusi hazırlaşırmış. O, pilotların kabinəsinin qapısını necə kilidləmək barədə informasiyanı İnternetdə axtarıb, sonra isə təyyarənin sürətini maksimuma qaldırıb ki, sərnişinlərdən heç birinin sağ qalmaq şansı olmasın.
Çoxları bilmirlər, amma buna oxşar dram Rusiya səmasında da baş verib. Adi uçuşların birində ağlını itirən bortmühəndis intihar etmək qərarına gəlib. Eyni zamanda özüylə o dünyaya Tu-154-ün sərnişinlərini də aparmaq istəyib.
"Mərkəzi televiziya"nın reportyoru 20 ildən artıq müddətdə gizlədilən bu hadisənin təfərrüatını axtarıb tapıb.
Videonu izləmək üçün şəklə klikləyin.
Milli.Az