Dünya

2 şəhəri İŞİD-in əlindən alındı

Metbuat.az

İraqın hökumət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər.



ANS PRESS-in məlumatına görə, bu barədə İraq generalı Ayad əl Lahabi deyib.



O bildirib ki, İraq hərbçiləri bu gün ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazini də nəzarətə götürüblər. Döyüşlərdə 160-a yaxın İŞİD silahlısı öldürülüb. İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə alan silahlı qruplaşmanın blokadasını yarmağa cəhd göstərirlər.



Xatırladaq ki, İraqın hökumət qüvvələri bu ayın əvvəlində Tikrit şəhərini də İŞİD-dən təmizləyiblər. Hazırda Ramadi şəhərində nisbi sakitlik hökm sürsə də, İraq və Suriyanın bir çox ərazisi bu terror qruplaşmasının nəzarətindədir.

Mənbə
ANS PRESS