18881 nəfərə 800 manat verilib
"DSMF 1941-1954-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib”. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik madii yardım verilməsi haqqında” sərəncamı hazırki vəziyyətə 18881 nəfərə şamil olunub. Bunlardan 1342 nəfəri Böyük Vətən Müharibəsi iştirakçılarıdır.
“Bu kateqoriyadan olan şəxslərə 800 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Böyük Vətən Müharibəsində Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirəsinin mühasirəsinin iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 17 min 539 nəfərdir. Müharibə iştirakçılarına verilən birdəfəlik maddi yardımların ən yüksəyi MDB üzrə Azərbaycanda qeydə alınıb. Belə ki, Azərbaycan manatı ilə ifadə etsək bu məbləğ təxminən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat təşkil edir”.
MənbəANS PRESS