Maraqlı

1020 at güclü, çox yüngül - FOTO

Metbuat.az

Britaniyanın Ultima Sports şirkəti Evolution adlı yeni model təqdim edib. Avtomobil həm kupe, həm də üstüaçıq variantda buraxılacaq. 1000 at gücündən artıq güc hasil edən mühərriklə təchiz edilmiş çox yüngül çəkili yeni modellər ilk dəfə 2000-ci illərin əvvəllərində işıq üzü görmüş GTR və Can-Am sportkarlarını müvafiq olaraq əvəz edəcək.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Ultima Evolution-un çəkisi 950 kiloqramdır. Sportkar seçim olaraq 350-dən 1020 at gücünədək güc hasil edən bir neçə V8 benzin mühərriki ilə təchiz ediləcək. Avtomobil 0-96 km/saat sürətlənməni 2,3 saniyədə həyata keçirir. Maksimal sürət saatda 386 kilometrdir.
 
Modelin qiyməti hələlik açıqlanmır.
 
Milli.Az